Bayraq gününə həsr olunmuş sərgi. - FOTO=38 (AZpressAZ) Minə.Türksoy

Bayraq gününə həsr olunmuş sərgi. FOTO=38 (AZpressAZ) Minə.Türksoy

9 Noyabr Azərbaycan xalqının rəsmi Bayraq Günü. Bu qram- qram, ovuc-ovuc qazandıq.

Dalğalanan hər zərrəsində Mübarizlər,Hikmətlər,Fəridlər,Cəbrayıllar var. Bayraq da Vətən qədər, ana qədər, bacı qədər namusdur.

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:

"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. "

Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi:

Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır. "

Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:

" Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.

Bu gün Azərbaycan bayrağı dünyanın ən güclü dövlətlərinin bayraqları ilə birgə səmada dalğalanmaqdadır. Əlbəttə ki , Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin Bayraq gününün yenidən təsis olunub təsdiqlənməsi faktı danılmazdır.

Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Bu il 2020 ci il tarixi 9 Noyabr Bayraq Günü isə tarixə qızıl hərflərlə öz möhürünü vurdu. İllərin nisgili Qarabağ sevdamızın həsrəti bitmək üzrədir.Ali Baş komandanın əmri ilə ikinci Qarabağ döyüşləri xalqımıza bu sevinci nəsib etdi. 27 sentyabrdan başlayan ikinci Qarabağ müharibəsində ard arda şəhidlərin qanı bahasına alınan torpaqlarda üç rəngli Azərbaycan bayrağı dalğalanmaqdadır.

Ağıllı siyasət yürüdərək Ali Baş Komandan İlham Əliyev Azərbaycanın işğal altında qalmış torpaqlarının geri qaytarılması üçün əvəz olunmaz siyasətlə dünya arenasında Azərbaycan Respublikasının nüfuzunu qaldırmışdır.Geri qaytarılan torpaqları şəxsən xalqa çatdıraraq bununla qürür duyduğunu ifadə etmişdir. 8 noyabr 2020–ci il Azərbaycan xalqının unudulmaz tarixi günü. Bu gün Ali Baş Komandan İlham Əliyevin xalqa olan müraciəti bir daha sübüt etdi ki, Azərbaycan Şanlı Ordusu düzğün mövqe göstərərək Azərbaycanin mədəniyyət beşiyi Qarabağın ürəyi Şuşamız mənfur düşmənin tapdağından azad olundu .

Bu gün dünyanı cənginə alan Covid-19 pandemiyasi ilə mubarizə apardığımız bir dövrdə hər birimiz bir vətəndaş olaraq öz vəzifəmizi layiqincə yerinə yetirməli olduğumuzu bilirik. Həkimlər, polislər,yanğın söndürənlər,müəllimlər bir yumruq kimi birləşərək dövlət başçısının ətrafında bərqərar olub.

Bu sahələrdən biridə təhsil sahəsidi.Hazırda çətin bir dövrə təsadüf etməklərinə baxmayaraq bacardıqlarından da çox sevimli şagirdlərinə dərs deməkdən qaçmırlar ,əksinə onların dərsdən yayınmaqlarının qarşısını alırlar. Belə məktəblərdən biri də AMK tərkibində İncəsənət Gimnaziyasının muəllim və şagird kollektividir.

Azpress.AZ saytının verdiyi məlumata əsasən bildiririk ki, İncəsənət Gimnaziyasının kollektivi 9 Noyabr Bayraq Günü munasibtilə gözəl təşəbbüs irəli sürərək həm Şuşamızın işğalını, həm də bayraq gününü məktəbin pəncərələrində şagirdlərin əsərlindən ibarət sərgi iə qeyd etmişdir. Məktəbin rəhbəri Aytən Əhmədovadan aldığımız məlumata əsasən bildiririk ki, məqsəd Bayrağımıza, Vətənimizə, Şəhidlərimizə olan sevgini İncəsənət Gimnaziyasının şagirdlərinin vasitəsilə ictimaiyyətə çatdırmaqdır. Ümid edirik ki, İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi gələn il 9 Noyabr Bayraq günü münasibətilə əsərlərini Mədəniyyətin beşiyi Şuşa şəhərində sərgiləyər.

Azpress.AZ,Minə Türksoy.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !