Hikmət Hacıyev: Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib
Bu xəbəri paylaş
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
“Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlar da mərhəmət göstərməyiblər”, - o qeyd edib.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !