Ağcabədililər Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd ediblər AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (FOTO=26)
Bu xəbəri paylaş
Noyabrın 8-də Ağcabədi rayonunda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, avtomobil karvanı rayonun girişindən Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısınadək hərəkət edib. Əlində Azərbaycan bayrağı tutmuş Ağcabədililər bir-birini təbrik edib, zəfər sevincini bölüşüblər. Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada iştirakçılar "Qarabağ Azərbaycandır", "İlhamla irəli, Azərbaycan əsgəri", "Yaşasın Azərbaycan ordusu", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər..
Fotomüxbir: Mais Aminnin Ağcabədi rayonundan fotoları təqdim edirik:
Bu xəbəri paylaş

























