Yaponiya yarasalarında koronavirus aşkarlandı -

Yaponiya yarasalarında koronavirus aşkarlandı

 Yaponiya alimləri ölkələrində yaşayan yarasaların ifrazatında COVID-19-a bənzər virus tapıblar.

Tokio Universitetinin ekspertləri bildiriblər ki, tapılan virus SARS-CoV-2 koronavirusla 81,5 faiz uyğundur. Təcrübə zamanı yarasaların 7 il əvvəl yığılmış biomateriallarından istifadə edilib.

Klinik tədqiqatlar zamanı aşkar olunan virusun insanlara keçmədiyi aşkar edilib.

Məlumata görə, yapon alimləri ilk dəfədir ki, yerli heyvanlarda yeni koronavirusa yüksək nisbətdə bənzəyən virus aşkar ediblər. Eyni zamanda, mütəxəssislər Çində yaşayan yarasalarda SARS-CoV-2 ilə 95% və daha çox uyğun olan viruslar aşkarlayıblar.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !