Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayırmış -

Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayırmış

 Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın bacısı Zoya Arutyunyan 60 ilə yaxındır Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır.

Tanınmış jurnalist Eynulla Fətullayev Zoya Arutyunyanı axtarıb taparaq ondan geniş müsahibə alıb.

Zoya Arutyunyan da qardaşı M.Arutyunyan kimi Şamaxı rayonunun keçmiş Saqiyan kəndində anadan olublar.

Xatırladaq ki, general Mikael Arutyunyan 13 il Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi olub, daha sonra müdafiə naziri təyin edilib. O, keçmiş prezident Serj Sarkisyanın yaxın tərəfdaşıdır. O, hazırda Moskvada yaşayır.

Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən 2008-ci ildə Yerevanda nümayişçilərin güllələnməsində günahlandırılan Arutyunyan o zamandan Moskvaya qaçıb.

Qarabağda müharibə başlayandan dərhal sonra Moskvadan müraciət edən Mikael Arutyunyan ona Qarabağa qayıtmağa və Azərbaycana qarşı indiki müharibəyə başçılıq etməyə imkan yaratmağı xahiş edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !