Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏTİ- - düşmən təxribatına uymamağa çağırır

Daxili İşlər Nazirliyindən vətəndaşlara MÜRACİƏTİ- düşmən təxribatına uymamağa çağırır

 Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

 

"Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.

 

Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.

 

Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.

 

O ki, qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111