ALMAZ HƏSRƏT: - Savadlı status belə olar.

ALMAZ HƏSRƏT: Savadlı status belə olar.

Salam dəyərli dostlar. Hazırda Vətən müharibəsi davam edir və ordumuz hərb tarixində yeni səlnamələr yazır. Təbii bu heç də asan deyil. Bu qələbələr əsgərlərimizin qanı, canı və böyük şücaəti hesabına başa gəlir. Allah şəhidlərimizə rəhmət, yaxınlarına səbr versin!!!
Hesab edirəm ki, heç bir zaman bu qədər bir olmamışdıq. Cənab prezidentimizin dediyi kimi "yumruğumuz bizim birliyimizdir!".
Düşmən hər növ vasitə ilə bu birliyə zərbə vurmağa çalışır. Birliyimizə qarşı olan manevrlər həm xaricdən, həm də daxildən gəlir. Xaricdən gələn erməni təbliğat maşınlarini artiq hamı yaxşı tanıyır. Məsən: bunlardan biri olan boz qurdlar səhifəsi hamısına tanışdır. Bu cür mənfur xisləti erməni mediyaları heç nə əldə edə bilmədi. İndi daxildən başlayıb belə kompaniyalar. Belə ki, Xoşqədəm Hidayətqızının öz verilişində " Hətta talışlar da müharibəyə gedir" fikiri bu cür kompaniyalara hesablanmış fikirdir.
I Qarabağ müharibəsində səhv etmirəmsə Azərbaycan 20000-dən çox şəhid verib. Bura yerli dinc sakinlərdən tutmuş hərbiçilərə qədər daxildir. Səhv etmirəmsə bu şahidlərdən 1000-ə yaxını talış bölgəsindən olmuşdur.
II Qarabağ döyüşündə ölən hərbiçilərin sayı hələ açıqlanmır. Dovlətimiz müharibə bitdikdən sonra elan edəcəkdir.
Hidayətqızının səsləndirdiyi bu fikir düşünürəm Azərbaycan xalqına, ölkəmizdə olan bütün etnik qruplara, o cümlədən talışlara qarşı hörmətsizlikdir. Şəhidlərin ruhuna qarşı bir tərbiyəsizlikdir.
Ölkəmizdə hər şey nəzarət altındadir. Düşünürəm güc strukturları, eləcə də DTX müvafiq tədbirlər görəcək. Tezliklə, Azərbaycan xalqının bütövlüyunə xələl verən hər kəs öz cəzasını alacaq!
Talışlar cür provakasiyalara heç uymur. Əksinə bu birliyimizin daha da möhkəmlənməsinə səbəb olur (nabarod qızışıryooruuz).
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!

Təşəkkürlər Yaşar Kazimov, var olasınız!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111