Düşmən Ağdamın kəndlərini atəşə tutur AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (FOTO=15)

Düşmən Ağdamın kəndlərini atəşə tutur AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (FOTO=15)


Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə evlərə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir.
AZpress.AZ-ın bölgə müxbiri Ağdam rayonunun Sarcalı kəndinə gedərək kənd sakini Qabil Bəylərovla həmsöhbət olub. Qabil Bəylərovla düşmənin kəndi mütəmadi atəşə tutduğunu bildirib: "Axşam mərmilərdən biri mənim evimə düşdü.. Düşmən demək olar ki, hər gün kəndi atəşə tutur. Lakin bu bizi qorxutmur, kəndimizi tərk etmirik. Kənddə camahat gündəlik işiylə məşğul olur. Ordumuza, Prezidentimizə güvənirik. Əminik ki, tezliklə qələbə bizim olacaq".. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağdam Sarcalı kəndi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]