Azərbaycan və Türkiyə mütəxəssisləri təhsil və vətənpərvərlik mövzusunu müzakirə edəcəklər -

Azərbaycan və Türkiyə mütəxəssisləri təhsil və vətənpərvərlik mövzusunu müzakirə edəcəklər

Noyabrın 7-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək.
 


Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq.
 


Seminar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !