İzmirdəki zəlzələdə dağılan binalarla bağlı - 7 nəfər həbs olundu

İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olundu

 Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.

 

Hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.

 

Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələ nəticəsində 114 nəfər həlak olub, mindən çox insan yaralanıb. Modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !