1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 04 Noyabr tarixində Agentliyə Ağcabədi, Bərdə, Goranboy, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olmuşdur.

Daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Arazbar kəndləri, Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Goranboy rayonunun Meşəli kəndi, Goran qəsəbəsi, Füzuli rayonunun Mahmudlu kəndi, Tərtər rayonunun Yenikənd, Qaynaq, Səhləbad, Düyərli, Ələsgərli kəndləri, H.Aslanov küçəsi və Tərtər çayının sahilinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !