Qarabağdan qaçmaq üçün - Ermənilərin cəmi 1 YOLU QALDI

Qarabağdan qaçmaq üçün Ermənilərin cəmi 1 YOLU QALDI

 Ermənistanı Dağlıq Qarabağla cəmi 3 yol birləşdirir.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dağlıq Qarabağdan çıxanlar 3-cü yoldan istifadə etməklə Ermənistana keçə bilər.

Qeyd edək ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollardan ən əhəmiyyətlisi olan “Laçın dəhlizi” - İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu ötən gün mülki şəxslərin istifadəsinə bağlanıb.

İkinci dəhliz funksiyasını daşıyan Sotk-Karvaçar, yəni İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi yolu isə 25 oktyabrda mülki şəxslərin keçidi üçün qadağan olunub.

Üçüncü dəhliz Vardenis-Ağdərə magistral yoludur ki, bu yol Kəlbəcərin mərkəzini Qeqarkunik vilayətinin Norabak kəndindən keçməklə İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi şossesinə, yəni 2-ci dəhlizə birləşdirir. Publika.a

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !