Hikmət Hacıyev: - Ermənilər TRT-ni hədəfə alıb

Hikmət Hacıyev: Ermənilər TRT-ni hədəfə alıb

 Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, bu kanal və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.

 

"TRT hər zaman Ermənistanın mülki əhalisini hədəfə almasını işıqlandırıb", - Prezidentin köməkçisi əlavə edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !