1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 03 Noyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 24 (iyirmi dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olmuşdur.
 


Daxil olmuş 25 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxorlu kəndi, Ağdam rayonunun Əfətli kəndi, Bərdə rayonu, Füzuli rayonunun Alxanlı kəndi, Tərtər Köçərli, Qaynaq, Qazyan, Səhləbad, Yenikənd kəndləri, Ə.İsmayılov, H.Aslanov, T.Rəhimov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 


Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !