ŞAHMAT - Məmmədyarovla Rəcəbov Top-10-da - İNTİQAM təqdim edir (AZpress.AZ)

ŞAHMAT - Məmmədyarovla Rəcəbov Top-10-da İNTİQAM təqdim edir (AZpress.AZ)

 Beynəlxalq Şahmat Fedrasiyası (FİDE) şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. Ötən ay olduğu kimi, yeni cədvəld də iki təmsilçimiz - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ilk onluqda (Top-10-da) yer alıb. Aktivində 2770 xalı olan Şəhriyar 8-ci, Teymur isə 2765 xalla 10-cu pillədəki mövqeyini qoruyub. Top-100-də yer alan digər şahmatçəlarımıza gəlincə, Nicat Abbasov (2669) 70-ci, Qadir Hüseynov (2665) 74-cü, Rauf Məmmədov (2654) isə 90-cı pillədə yer alıb. Cədvəldə ilk üçlüyü yenə də hazırki dünya çempionu Maqnus Karlsen (Norveç, 2862), Fabianu Karuana (ABŞ, 2822) VƏ çinli Dinq Liren (2791) bölüşür.
Zərif cinsdən olan təmsilçilərimiz arasında isə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. Aktivində 2443 xalı olan Günay 28-ci yerdədir. Dəgər qadın şahmatçılarımıza gəlincə, Gülnar Məmmədova 2382 xalla 73-cü. Xanım Balacayeva (2376) isə 82-ci yerdə qərarlaşıb. Qadınların mavafiq reytinq cədvəlində isə ilk üçlüyü çinli dünya çempionu Xou İfan (2658), rusiyalı Aleksandra (2591) və hindistanlı Xampi Koneru (2586) triosu tutur.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !