"Pİ GROUP" şirkətinin təşəbbüsü ilə ərsəyə gələn "Qarabağ Azərbaycandır" adlı layihəsi

"Pİ GROUP" şirkətinin təşəbbüsü ilə ərsəyə gələn "Qarabağ Azərbaycandır" adlı layihəsi

 "Pİ GROUP" şirkətinin təşəbbüsü ilə ərsəyə gələn "Qarabağ Azərbaycandır" adlı layihənin çəkilişləri başa çatıb.Video çarxda tanınmış bloggerlərdən Elmira Namazova,Aysel Şükürova, Nagehan Abdullayeva və tanınmış rəqqasə Lətifə Vəlizadə yer alıb.

Layihə rəhbəri: İsmayıl Qasımov
İdeya və ssenari müəllifi: Pərvanə Məmmədova
Montaj rejissoru: Sahilxan

Layihənin məqsədi Azərbaycanın haqq səsini, qətiyyətli mövqeyini duyurmağa dəstək olmaqdır. Bununla yanaşı Qarabağımızın keçmiş tarixini də diqqətdən kənarda qoymamış, qədim geyimlərimizlə doğma torpağımızın keçmiş üslubunu əks etdirməyə çalışmışıq. Layihəmizdə Azərbaycanın qardaş ölkələri, Türkiyə və Pakistanla bağlı əlaqələrimiz də yer tapmış, birlik gücümüz diqqətəlayiq şəkildə izləyiciyə çatdırılmışdır.

Son olaraq layihənin ərsəyə gəlməsindəki qatqılarına görə "Bakı Milli Geyim Evi", "Baku Desing Center", "Azeratribut" şirkəti, "Premium Production" və "Azəri Atəşi rəqs qrupu"na dərin təşəkkürlərimizi bildiririk.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]