22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 02 Noyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olmuşdur.
 

Daxil olmuş 32 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaraxanlı, Hacılar, Muğanlı, Avşar kəndləri, Ağdam rayonunun Sarıcalı, Bərdə şəhərinin Nizami, R.Rza küçələri, Füzuli rayonunun Şükürbəyli kəndi, 2-ci və 5-ci Zobcuq qəsəbələri, Goranboy rayonunun Qızılhacılı, Aşağı Ağcakənd kəndləri, Tərtər rayonunun Düyərli, Borsunlu, Qaynaq, Qazyan, Yuxarı Sarıcalı kəndləri, N.Nərimanov, Ş.Həsənov, E.Səfərov və Bağırov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik raket, 1 ədəd raketin hissəsi, 22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

2020-ci il 02 Noyabr tarixində Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşmüşdür. Partlayış nəticəsində sol ayağı topuq nahiyəsindən amputasiya olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !