Zelenskidən Ermənistanın Azərbaycanla bağlı ittihamlarına cavabı -

Zelenskidən Ermənistanın Azərbaycanla bağlı ittihamlarına cavabı

 Ukrayna Prezidenti Vladimir Zelenski kinorejissor Sarik Andreasyanın Ukraynanın Dağlıq Qarabağda döyüş əməliyyatları aparan Azərbaycana guya hərbi yardım göstərməsi barədə ittihamlarına münasibət bildirib. O, Rusiya feyklərini yaymamağı xahiş edib.

 

Ukrayna dövlətinin başçısı öz mövqeyini Telegram-kanalda şərh edib.

 

Prezident Zelenski qeyd edib ki, Ukrayna heç vaxt və heç yerə heç bir fosforlu bomba göndərməyib. O yazıb: “Belə əsassız şayiələrin yayılması ilk dəfə deyil. Əvvəlcə Ukrayna haqqında və Donbasda müharibə barədə belə yalanlar deyirdilər. Sonra Ukrayna və Suriyada müharibə barədə eyni yalanlar yayıldı. İndi bu vəziyyət Dağlıq Qarabağda müharibə kontekstində əmələ gəlib. Bütün bunları edən eyni adamlardır”.

 

Kinorejissorun belə bir bəyanatla çıxış etməsindən hiddətlənən Zelenski bəyan edib ki, Ukrayna heç vaxt münaqişənin eskalasiyasının tərəfdarı olmayıb. O yazır: “Müharibə Ukraynaya gələndə, bizim uşaqlarımız həlak olanda sən harada idin? Erməni mənşəli Ukrayna vətəndaşları həlak olanda, - belələri isə bir və ya iki nəfər deyil, onlarcadır, - şəxsən sən təcavüz əleyhinə nə demisən? Heç nə? Başa düşürəm. Ona görə ki, bu, sənin müharibən deyildi! Bu gün isə qorxuya düşmüsən, çünki bu dəhşət sənin də evinə gəlib”.Modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !