Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb - AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (FOTO=13)

Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (FOTO=13)

 Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altındakı ərazilərimizdəki tarixi-dini abidələri məhv edən erməni vandalları dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
AZpress.AZ xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !