Gürcüstanda - - 1852 - Yoluxma + 7 ölü

Gürcüstanda - 1852 - Yoluxma + 7 ölü

 Gürcüstanda son sutkada daha 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib,1 696 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.

 

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

 

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb. Sağalanların sayı 26 800, dünyasını dəyişənlərin sayı isə 342 olub.

 

Hazırda karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !