- 7 719 - Yoluxma + 434 ölü

7 719 - Yoluxma + 434 ölü

 İranda bir gündə rekord sayda - 434 insan koronavirusun qurbanı olub.

 

IRNA-ya istinadən xəbər veririk ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Məlumata görə, İranda ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

 

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

 

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !