Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyasının MEZZO elmi-publisistik İnformasiya jurnalının 25-ci sayı çapdan çıxıb. -

Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyasının “MEZZO” elmi-publisistik İnformasiya jurnalının 25-ci sayı çapdan çıxıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 25-ci sayı çapdan çıxıb. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın professor-müəllim və əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova, BMA-nın əməkdaşı Röya Hüseynovanın qələmindən çıxan və 2020-ci ilin 3 rübünü əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılmışdır. Jurnalın bu buraxılışı daha çox mövcud vəziyyətlə əlaqədar olaraq pandemiya dövrünə təsadüf etdiyindən bir çox tədbirlər online olaraq həyata keçirilmişdir.
Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən Milli Musiqi günü, “Evdə qal, evdə yarat” sosial aksiyasından, 20 yanvar və Xocalı faciələrinə həsr olunmuş anım tədbirləri, Gənclər günü, Yubileylər, beynəlxalq layihələr, BMA elmi-tədqiqat laboratoriyasının online seminarları, BMA Məktəb studiyasının yubileyi, müəllim və tələbələrimizin uğurlarından, yeni layihələrdən və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar.
Onu da qeyd edək ki, jurnalın üz səhifəsi Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunub.


Jurnalı elektron olaraq link vasitəsilə issuu.com/vugarhumbatov/docs/jurnal_mezzo_2020_sentyabr oxumaq mümkündür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !