KARATE -Həmyerlimiz Tokio Olimpiadasında hakimlik edəcək İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
AMKF-dən (Azərbaycan Milli Karate Federasiyası) aldığımız məlumata görə Beynəlxalq Karate Federasiyası (WKF) gələn il Tokioda (Yaponiya) keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil olan karate (WKF versiyası) yarışlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Maraqlıdır ki, Gündoğar Ölkədə hakimlik edəcək 15 referi arasında bir azərbaycanlı da yer alıb. Söhbət həmyerlimiz - beynəlxalq dərəcəli referi Cahangir Babayevdən gedir. Qeyd edək ki, beynəxalq federasiya Babayevin ilboyu keçirilən yarışlardakı uğurlarını nəzərə alaraq belə bir qərar verib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !