TRİATLON - Triatlonçuların yeni məvsümü apreldə başlayacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

TRİATLON - Triatlonçuların yeni məvsümü apreldə başlayacaq İNTİQAM təqdim edir (AZpress.AZ)

 Beynəlxalq Triatlon İttifaqının (İTU) İcraiyyə Komitəsi keçirilməsi gələn il nəzərdə tutulan və Olimpiya təsnifatlı ilk üç turnirin vaxtını və məkanını açıqlayıb. Söhbət 17-18 aprel 2021-ci ildə Xuatulkoda (Meksika), 29-30 mayda Sardinidə (İtaliya) və 11-12 sentyabrda Çexiyanın Karlovıx Varax şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışlarından gedir. Xatırladaq ki, Azərbaycan atletləri pandemiya üzündən yarımçəq qalan cari məvsümdə cəmi iki reytinq xarakterli turnirdə iştirak ediblər. Yığmamızın qadın üzvü Kseniya Levkovskaya Mavrikiyada keçirilən Açıq Afrika Kubokunda üçüncü, yığmanən lideri Rostislav Pevtsov isə Avstraliyanın Mulalabe şəhərində baş tutan Dünya Kubokunun mərhələ yarışında doqquzuncu yeri tutub. Reütinq xarakterli olmayan yarışlara gəlincə, Pevtsov centyabrın əvvəlində Ukraynada keçirilən "Triatman Iron" turnirdə biribci, bundan bir həftə sonra isə Fransada "Les Sables" komandasının heyətundə Qran-Pridə iştirak edib. Özü 9cu yeri tutan atletimizin komandası isə 5-ci olub. İTU-nun son reytinq cədvəlində Pevtsov 268 xalla 34-cü pillədə yer alıb. İlk üç yeri müvafiq ardıcıllıqla fransalı Vinsent Lyuis (1750 xal), Vasko Vilaça (Portuqaliya, 1388 xal) və belçikalı Yelle Qrins (1219) bölüşür.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !