Gülağa Tənha - "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Samir Piriyev

Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Samir Piriyev

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimində növbəti çıxışçı istedadlı müğənni Samir Piriyevdir. Sənətçi çıxışında “Ana” mahnısını səsləndirir... Şair Gülağa Tənhanın analara həsr etdiyi bir neçə şeiri vardır. Vətən müharibəsində davam edən döyüşlər ərəfəsi, mahnı ilə bərabər sinvolik olaraq, şairin “Mehriban ana” şeirini də oxuculara təqdim edirik!

 

 

MEHRİBAN ANA
Anama

 

Bu axşam anamın ipək əlləri,
Dağınıq saçımın darağı oldu.
Ayların əlindən aldığım anlar,
Həsrətin gözünə göz dağı oldu.
Ana sevgisinin qüdrətinə bax!
Göylər də torpağa baş endirirdi.
Oğul gözlərinin sevgi qatından,
Bir ömrə yetəsi qürur dərirdi!
«Ay bala!» – kəlməsi axşamdan bəri,
Qəlbimin telini telləndirirdi.
Gecə köynəyindən çıxan səhəri,
Uçunan laylalar dilləndirirdi…
Özü ömrümüzün nurudur deyə,
Dünyaya baxırıq ana gözüylə!
Dağları vüqarı tanıdır,
ancaq
Vətənsə tanınır ana sözüylə!
Nə qədər ucaldır, əgər ki, bilsən,
«Mehriban» kəlməsi ana adını.
Tənha bir oğultək bu ada hər an
Qurban verə bilər öz həyatını.

 

Gülağa Tənha. Bakı, 5 sentyabr, 2005

 

 

Video link: https://www.youtube.com/watch?v=Mm_PMQ2TWFo 

 


Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !