Ermənistan döyüşlərə xarici vətəndaşları yığır - - Gürcüstan həbs edəcək

Ermənistan döyüşlərə xarici vətəndaşları yığır - Gürcüstan həbs edəcək

 Gürcüstanda ermənilərin yaşadığı Samtsxe-Cavaxetiya bölgəsinin sakinləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün könüllülərdən ibarət dəstə yaradıblar.

 "Zinuj Media"nın verdiyi məlumata görə, dəstənin yaradılmasının təşəbbüskarı Ermənistan parlamentinin deputatı Şirak Torosyandır.

Dəstəyə Cavaxetiyadan olan mühacirlər və Gürcüstanın bu bölgəsində yaşayan Ermənistan vətəndaşları daxildir.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, xarici dövlətin və ya xarici təşkilatın hərbi xidmətinə Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurmaqla daxil olmaq, habelə digər şəxsləri belə bir əməli törətməyə razı salmaq beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Gürcüstan vətəndaşları - etnik ermənilər Qarabağda döyüşə bilməzlər. Publika.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !