İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - - FOTO

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik  istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.



İctimai Nəzarət Qruplarında fəaliyyət göstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyət göstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar. Qeyd edək ki,  İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır.


Mərhələli şəkildə fəaliyyət göstərən İctimai nəzarət qruplarının fəaliyyətində pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulsa da hazırki vəziyyətlə əlaqədar olaraq fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edilmişdir.


Son günlər Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması və  qismən səfərbərliyin elan olunduğu bu vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı cəbhədən ordumuzun aparığı əməliyyətlarla bağlı videoların yayılması və bunun yaratığı təhlükələr olduqca aktualdır.


Bu səbəblə də, İctimai Nəzarət qrupları cəmiyyət arasında təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər.


Qeyd edək ki, İctimai Nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.


İctimai Nəzarət qrupları müvafiq rayonlar üzrə fəaliyyət göstərməkdə davam edəcək.
 


Regionlarda fəaliyyət göstərən təşkilatlar:

 


Avropa Gənclər Parlamenti Azərbaycan (EYP)
- Bakı


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB - Bakı


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası – Mingəçevir


Azəri Gənclər Alyansi İB - Bakı


Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB – Beyləqan


Biləsuvar Yeniyetmə və Gəncləri İB
– Biləsuvar


Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyasi İB - Bakı


Gələcəyə Körpü GİB – Gəncə


Gənc Vətənpərvərlər İctimai Birliyi - Bakı


Gənclərin Həmrəyliyi İB - Sumqayıt


Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İB - Hacıqabul


Gənclərin Maarifləndirilməsinə Dəstək – Mingəçevir


Gənclərin Sosial İnkişafına Dəstək İB - Astara


Gənclərin Töhfəsi İctimai Birliyi - Bakı


Gəncliyə Dəstək İctimai Birliyi - Zərdab


Göyçay İnkişaf Mərkəzi Gənclər İB
- Göyçay


İrəli İctimai Birliyi - Bakı


İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi
- İsmayıllı


İşıqlı Gələcək Gənclər İctimai Birliyi – Mingəçevir


Qazax gəncləri
- Qazax


Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İB – Lənkəran


Odlar Yurdu Gənclər İB – Gəncə


Şəmkir gəncləri – Şəmkir


Tovuz gəncləri - Tovuz


Türkiyə Universitetləri Məzunları İ.B - Bakı


Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi - Bakı


Yeni Yazarlar və Sənətçilər İB - Bakı


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !