Baş prokuror: - Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər

Baş prokuror: Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər

Azərbaycan xalqına qarşı növbəti cinayət həyata keçirilib. Tam məsuliyyətimlə deyirəm ki, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilib.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

“Bir daha tam məsuliyyətimlə deyirəm ki, bu, Azərbaycanın döyüşdəki uğurları ilə bağlıdır. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, erməni silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir. Bununla bağlı tərəfimizdən cinayət işi başlanılıb. Dünəndən istintaq-əməliyyat qrupu Bərdə şəhərində işləyir və zəruri olan bütün sübutlar toplanılır. Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər”, - deyə Kamran Əliyev bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !