Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Türkiyənin Aksaray Universiteti və Ankara Universiteti İlahiyyat fakültəsinin -

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Türkiyənin Aksaray Universiteti və Ankara Universiteti İlahiyyat fakültəsinin

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Türkiyənin Aksaray Universiteti və Ankara Universiteti İlahiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən “II Beynəlxalq Din Sosiologiyası” Simpoziumunda məruzə ilə onlayn iştirak edib.


Simpoziumun açılışında A.Qənbərov iştirakçıları Dağlıq Qarabağ problemi ilə bağlı mövcud vəziyyətlə tanış edərək, 27 sentyabrdan başlayan təxribatın qarşısının alınmasında Müzəffər və Şanlı Ordumuzun əks-hücum əməliyyatlarında Türkiyə Dövləti və xalqına Azərbaycana siyasi, diplomatik və ictimai müstəvidə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.


Beynəlxalq Simpoziumda “Nəzəri və metodoloji baxımdan Azərbaycanda din sosiologiyası çalışmaları” mövzusunda məruzə ilə çıxış edən A.Qənbərov Azərbaycanda din sosiologiyasının tədrisi ilə bağlı məsələləri işıqlandırıb və bu sahədə aparılan tədqiqatları nəzəri baxımdan təhlil edib.


22-24 oktyabr 2020-ci il  tarixlərində baş tutan “II Beynəlxalq Din Sosiologiyası” Simpoziumunda Türkiyənin və dünyanın müxtəlif universitetlərindən olan din sosioloqları və aparıcı elm xadimləri “Din sosiologiyasının müasir problemləri”, “Dini qruplar”, “Sekulyarizasiya və din”, “Gender problemi və din”, “Pandemiya və din: COVID - 19” və s. mövzularda plenar iclaslarda işitirak edib, geniş müzakirələr aparıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !