Natalya Məmmədova fərqlənsə də.... - -FOTO=3 (İntiqam Məmmədov AZpressAZ)

Natalya Məmmədova fərqlənsə də.... -FOTO=3 (İntiqam Məmmədov AZpressAZ)

Azərbaycanın qadın voleybol yığmasının sabiq hücumçusu, hazırda Fransanın "Le Kanne" klubunun şərəfini qoruyan Natalya Məmmədova bu ölkənin milli çempionatında növbəti matçına çıxıb. 5-ci turda "Bezye"ni qəbul edən "Le Kanne" rəqibin müqavimətini qıra bilməyib və əvəzində 0:3 hesablı məğlubiyyətlə üzləşib. Bu dəfə də matçın ən məhsuldar oyunçusu olan Məmmədovanın qazandığı 16 xal da onun komandasını məğlubiyyətdən xilas edə bilməyib. 5 turdan sonra "Le Kanne" 4 xalla turnir cədvəlində bir pillə geriləməklə 14-cüdür. Yarışlara 8 xalla "Srnt-Rafael" liderlik edir. Xatırladaq ki, Nataşa 4-cü turda "Kann" üzərində 3:1 hesabla qələbə qazanılan oyunda da 16 xal toplamışdır.

 

İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !