Maksim Medvedev "Vilyarreal"a qarşı yaxşı oyuna və yaxşı nəticəyə ümidlidir - -FOTO=3 (İntiqam Məmmədov AZpressAZ)

Maksim Medvedev "Vilyarreal"a qarşı yaxşı oyuna və yaxşı nəticəyə ümidlidir -FOTO=3 (İntiqam Məmmədov AZpressAZ)

Sabah futbol üzrə Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçiriləcək. Ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən "Qarabağ" klubu ikinci tur çərçivəsində "Vilyarreal"la qarşılaşacaq. Məlum səbəbdən ev oyunun evdən uzaqda keçirmək məcburiyyətində qalan çempionumuz İspaniya təmsilçisini İstanbulda (Türkiyə) qəbul edəcək. Həmin oyunla bağlı Ağdam klubunun kapitanı Maksim Medvedev maraqlı açıqlama verib. Sabahkı oyunda komandasının yaxşı oyun nümayiş etdirəcəyinə inanan kapitan deyib: "Bizi qarşıda çox mühüm bir oyun gözləyir. Raqibimiz olduqca güclü və məhşur komandadır. Bununla belə biz ölkımizi layiqincə təmsil etməyə çalışacağıq. Rəqibi hər təfli analiz etmişik. İnanıram ki, sabah meydanda yaxşı oyun göstərəcək və yaxşı nəticə əldə edəcəyik".
Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk matçını İzraildə yerli "Makkabi"yə (Təl-Əviv) qarşı keçirib və minimal hesabla uduzub - 0:1.


İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !