"Araz" Çempionlar Liqasına AEK-lə başlayacaq - -FOTO=3(İntiqam Məmmədov AZpressAZ)

"Araz" Çempionlar Liqasına AEK-lə başlayacaq -FOTO=3(İntiqam Məmmədov AZpressAZ)

UEFA-nın Nyondakı (İsveçrə) Mənzil Qərargahında futzal üzrə keçiriləcək Çempionlar Liqası turnirinin püşkatma mərasimi baş tutub. Püşkatmanın nəticəsindən sonra ölkəmizi bu turnirdə təmsil edəcək "Araz"ın rəqibi bəlli olub. Çempionumuz ilin təsnifat mərhələsində (1\32 final) Yunanıstan çempionu AEK-lə qarşılaşacaq. Qeyd edək ki, 46 komandanın mübarizə aparacağı bu mərhələnin oyunları 24-29 noyabr aralığında keçiriləcək. Reqlamentə görə 23 cütün qalibi bir oyunda müəyyənləşəcək. Cütlərin qalibi olan 23 komanda 9aha 9 yüksək reytinqli klublarla birlikdə mübarizəni 1\16 finaldan davam etdirəcək. Bir məqamı da qeyd edək ki, UEFA ölkəmizdə gedən Vətən Müharibəsi ilə əlaqədar "Araz"ın ev oyunlarını doğma divarlar arasında keçirməyə icazə verməyib.


İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !