Ağalar İdrisoğlu yazır - Qələbəyə doğru Ali Baş Komandan İlham Əliyevlə inamla gedirik!

Ağalar İdrisoğlu yazır Qələbəyə doğru Ali Baş Komandan İlham Əliyevlə inamla gedirik!

1988-ci ilin fevral ayının 22-də ermənilər azərbaycanlılara qarşı müharibəyə-səlib yürüşünə başladılar. Həmin vaxtı Azərbaycan rəhbərləri erməni azğınlığı ilə bağlı Moskvaya, SSRİ rəhbərliyinə müraciət etslərə də, oradan bizi inandırdılar ki, “az bir vaxtda erməni azğınlığlnın qarşısı hökmən alınacaq. Siz artıq hərəkət eləməyin. Onlarla vuruşmayın”. Hələ bu azmış kimi hətta həmin vaxtı azərbaycanlıların əlində olan ov tüfəngləri və bütün kəsici alətlər belə alındı...
Sən demə, bu dəhşətli hadisələri Moskvadakı ermənipərəst rəhbərlər, başda “xallı şeytan” Qorbaçov olmaqla elə özləri bu oyunu qurubmuşlar ki, Qarabağı bütövlükdə ermənilərə versinlər... Bu dəhşətli oyun da SSRİ-ni dağıtmaq üçün ilk başlanğıc imiş...
Bu 32 il müddətində ermənilər Qarabağda görünməmiş vəhşiliklər etməklə, minlərlə azərbaycanlıları qətlə yetirdilər. Kərkicahan, Xocalı, Ağdaban və başqa soyqırımlar törtədilər. Son vaxtlar Gəncədə, Tovuzda, Tərtərdə törədilən soyqırımlar da bu sihıya əlavə olundu...
Bir milyondan çox azərbaycanlını öz doğma ata-baba yurdundan didərgin, köçgün saldılar... Azərbaycanın hər rayonunda Şəhidlər xiyabanları yaranmasına səbəkar, baiskar oldular erməni gavurlar...
Qərbi Azərbaycanda öz doğma yurdlarında yaşayan soydaşlarımıza qarşı görünməmiş genasidlər törətdilər... Çünki bu insanabənzər məxluqların, gavurların, şeytanların daxilində heç vaxt Allah xohfu olmayın. Çünki bütün bu qətliamalara, faciələrə rəvac verən elə erməni kilsələri, onların başçıları olan katalikosları olub. Ermənilərin bu faşist hərəkətlərini görən dünyanın aparıcı ölkələrin rəhbərləri susdu bu vəhşiliklərə. Bu, faşist əməllərinə görə gavurlara heç nə deməyib, əslində onlara hətta havadar da oldular.
İndi erməni havadarlarının nəzərinə çatdırmaq istəyirəm ki, onların bu faşistlərə elədiyi köməkliyin sayəsində birinci Qarabağ savaşında gavurlar Dağlıq Qarabağı və onun ətrafında olan digər rayonlarımız- Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanı da işğal etdilər. Bu işğal nəticəsində Azərbaycan tərəfindən təxminən 20 min nəfər həyatını itirib, 50 min nəfər şikəst olub, 486 nəfər isə itkin düşüb. 18 may 1992-ci ildə Laçının ermənilər tərəfindən işğal olunması nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər isə əlil olub. Kəlbəcərin işğalı nəticəsində 53 min 340 nəfər adam oradan qovulub, 511 nəfər dinc əhali kəlbəcərli öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Cəbrayıl rayonundan 351 nəfər şəhid olub. Bu rayonun əhalisi doğma torpaqlarından didərgin düşəndən sonra respublikamızın bütün rayonlarında məskunlaşıb. Qubadlı uğrunda gedən döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Əliyar Əliyevin qəhrəmanlıqları haqqında mən də çoxlu çəkilişlər edib, yazılar yazmışam. Bu gün də həmin videolar Yutubda yerləşdirilib. Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb və Zəngilanın azad olacağı günü səbirsizliklə gözləyirlər. Qarabağ döyüşlərində ən çox itkini Ağdam rayonu verib. Rayon uğrunda gedən hərbi əməliyyatlarda 7 mindən yuxarı insan şəhid olub. Elə ilk şəhidləri də 1988-ci ilin fevral ayının 22-də müharibə başlayan gün Ağdam verib. Həmin gün iki igid oğlanlarımız Əli və Bəxtiyar şəhid olublar. Həmin döyüşdə mən də iştirak etmişəm. Və müharibənin başlandığı günün şahidi olmuşam. Əgər biz ziyalılar o vaxtlar Ağdam rayonunun birinci katibi olan dəyərli ziyalı Sadıq Murtuzayevin sayəsində və başçılığı ilə böyük təbliğat aparmasaydıq, daha çox insanlarımız 366-cı Rus motoatıcı diviziyasının qurbanı ola bilərdi...
Bildiyimiz kimi itkilərimiz təkcə müharibə illəri ilə yekunlaşmayıb. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, tərəflər ermənilərin qızışdırıcı siyasəti nəticəsində faktiki olaraq mövqe döyüşlərini dayandırmayıblar. Və bunun nəticəsində Qarabağda, Azərbaycanın Ermənistanla sərhəddi boyunca, erməni qüvvələrinin təmas xətti boyu atəşkəs rejimini pozulması adi xarakter almışdı. Atəşkəs dövründə erməni qüvvələrinin açdıqları atəşlər nəticəsində Azərbaycan ordusunun minlərlə şəhid verdiyi haqda məlumatlar var. Məlumatlara görə, 1995-ci ildən bu yana kimi Azərbaycan ordusu 5 mindən çox hərbçisini itirib. Təxminən elə o qədər də dinc sakin həlak olub. Şikəst olanların isə sayı tam bilinmir... Deməli, 32 ildir ki, erməni gavurları öz havadarlarının sayəsində millətimizin başına görünməmiş müsibətlər açlblar. Bütün bunları görən bəzi aparıcı ölkələrin rəhbərləri susublar. Bəs onlar bu vaxta qədər niyə dillənmirdilər? Onlar bu susmaları ilə də zərərçəkən, işğal olunan Azərbaycanı yox, işğalçını müdafiə eləyiblər. Budurmu sizin humanistliyiniz? Budurmu sizin sülh siyasətiniz? Budurmu sizin əzilən xalqların yanında olmağınız? Bax ona görə də dünya xalqları sizin kimi ölkə başçılarına inanmır. Sizə nifrət eləyir və lənətlər yağdırırlar...
32 ildir ki, bütün bu vəhşiliklərə, haqsızlıqlara, ermənilərin faşist əməllərinə, hətta bütün bunlar azmış kimi, bütövlükdə Odlar yurdunu ələ keşirmək hərisliyi ilə yaşayan bu insanabənzər məxluqların azğınlığına artıq dözə bilməyən Azərbaycanı 2020-ci ilin sentyabr ayının 27-dən Sorosun “küçə uşağı”, başdan qrığa Paşinyan və onun havadarları müharibəyə təhrik etdilər. Bax elə həmin gündən də xalqımız Böyük Vətən Müharibəsinə başladı. Müharibənin ilk gündən bütövlükdə xalqımız, Ali Baş Komandan, ölkə başçımız cənab İlham Əliyevin ətrafında sız birləşdi. Artıq iqtidar da, müxalifət də və bütövlükdə xalqımız başa düşdü ki, biz torpaqlarımızı yalnız milli birliklə, bir yumruq kimi ölkə başçımızın ətrafında sıx birləşməklə xilas eləyə bilərik. Elə müharibənin ilk günlərindən də bu müqəddəs fikir özünü tam doğrultdu. Az bir vaxtın içərisində çoxlu torpaqlarımız rəşadətli, güclü, qüdrətli ordumuzun sayəsində erməni gavurlarından azad olundu. Beləliklə, xalqımız tam inandı ki, tezliklə üçrəngli bayrağımızı Şuşada, Xankəndində və bütövlükdə Qarabağda dalğalandıracağımız günlərə çox az qalıb. Az qalıb...
Deməli, biz Azərbaycanın tarixində sentyabr ayının 27-dən şanlı tariximizin ən şərəfli günlərini yazırıq. Yaşasın Azərbaycan xalqı. Yaşasın Ali Baş Komandanımızın rəhbərliyi ilə, rəşadətli, şanlı ordumuz. Deməli, haqqın qarşısını almaq mümkün deyil. Haqqın qarşısını almaq istəyən, gec-tez Ulu Tanrının qarşısında, Onun dərgahında hesabat verməli olur. Həmin dəhşətli hesabatı verməyə Nikol Paşinyan və onun havadarları hazır olsunlar. Hazır olsunlar! Həmin dəhşətli günlər artıq yaxınlaşır...

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !