Bu günün (28 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (28 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

   =======================================

MƏLUMAT 14 - (20:24)

   =======================================

MƏLUMAT 13 - (19:52)

Hərbiçilər:Müqəddəs mübarizəmiz qələbə ilə başa çatacaq

   =======================================

MƏLUMAT 12 - (19:43)

Anar Eyvazov:Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan ordusu ilə döyüşə girməkdən imtina edir

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” raketi ilə zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölən və yaralananlar var. Azərbaycan ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutub.AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.A.Eyvazov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək.Nazirlik rəsmisi vurğulayıb ki, Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan ordusu ilə döyüşə girməkdən imtina edir.O bildirib ki, düşmən bölmələrində ərzaq, silah-sursat və nəqliyyat vasitələrinin çatışmazlığı var. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət, xalq və ordu birliyi sarsılmazdır və heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz.

   =======================================

MƏLUMAT 11 - (19:24)

Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib

   =======================================

MƏLUMAT  10 - (19:04)

 Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib

   =======================================

MƏLUMAT  9 - (16:09)

Döyüşlər zamanı məhv edilən erməni hərbçiləri

   =======================================

MƏLUMAT  8 - (16:00)

Ermənistan xüsusi təyinatlıların Zəngilan rayonu ərazisində diversiya cəhdinin qarşısı alınıb

   =======================================

 

MƏLUMAT  7 - (15:00)

Azərbaycan ordusu Bərdənin qisasını aldı

 

   =======================================

MƏLUMAT  6 - (14:09)

 Düşmən Bərdə şəhərini raket atəşinə tutub

- TƏCİLİ -

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.
____

Противник подверг ракетному обстрелу город Барда

- СРОЧНО -

Вооруженные силы Армении, грубо нарушив режим гуманитарного прекращения огня, подвергли ракетному обстрелу город Барда из РСЗО «Смерч».
Есть погибшие и раненые, нанесен ущерб гражданской инфраструктуре.
____

The enemy fires rockets at the Barda city

- URGENT -

Armenian armed forces, grossly violating the humanitarian ceasefire regime, have fired at the Barda city from the "Smerch" MLRS.
There are killed and injured people, civilian infrastructure was damaged.

   =======================================

MƏLUMAT  5 - (12:01)

Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub 

- TƏCİLİ -

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.

  =======================================

MƏLUMAT  4 - (10:21)

 Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsü

 

    =======================================

MƏLUMAT  3 - (10:01)

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.
Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.
 

     =======================================

MƏLUMAT  2 - (08:57)

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.

Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

    =======================================

MƏLUMAT  1 - (07:57)

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

 

- TƏCİLİ –

 

Oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

     =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !