Azərbaycanla sərhəddə "Qarayara" xəstəliyi yayılıb. -

Azərbaycanla sərhəddə "Qarayara" xəstəliyi yayılıb.

Dağıstanın Qarabudaqkənd rayonunun Kakamahi kəndində beş yerli sakin “Sibir xorası” (“qarayara”) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat verib.

 

Bütün xəstələr yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin ayrı-ayrı bokslarında təcrid vəziyyətdə saxlanılıb.

İnfeksiya hadisələri 24-26 oktyabr tarixlərində qeydə alınıb. Hazırda risk altında daha 14 nəfərin olduğu vurğulanıb. Onlar səkkiz gün müddətində həkim müşahidəsində olacaqlar.

Eyni zamanda kənddə sakinlərin yoxlanılması davam edir.

 

Qeyd edək ki, “Sibir xorası” sonuncu dəfə Dağıstanda 2019-cu ilin oktyabrında qeydə alınıb.

“Qarayara” xüsusi təhlükəli xəstəlikdir. İnfeksiyaya yoluxanlarda intoksikasiya başlayır, dəri xoraları, ağciyər simptomları və qida zəhərlənməsi əlamətləri görünə bilər. 

 

“Lenta.ru”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !