Novruz Məmmədov - erməni qadınlarının qədim peşəsindən danışdı

Novruz Məmmədov erməni qadınlarının qədim peşəsindən danışdı

 Sabiq Baş nazir Novruz Məmmədov Modern.az-ın suallarını cavablandırıb.


- Novruz müəllim, hazırda Azərbaycanda Vətən Müharibəsi gedir. 30 ilə yaxın müddətdə danışıqlar masasında həllini tapmayan Qarabağ münaqişəsi döyüş meydanında həll edilir. Prosesləri necə qiymətləndirirsiniz?


- Azərbaycan Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi beynəlxalq münsibətlərin tarixinə xüsusi hal kimi daxil oldu. Məhz bu günlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Məsələ burasındadır ki, Azərbaycan Prezidentinin verdiyi bu qərar həm Azərbaycan, həm də beynəlxalq aləm üçün böyük hadisədir. Cənab Prezident münaqişənin həll üçün 17 ildir ki, çalışırdı. Bundan əvvəl isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan danışıqlar prosesinə beynəlxalq ictimaiyyət biganə yanaşırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədi...


- BMT TŞ-nın daimi üzvləri həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir. Ancaq onlar regiona illərlə nəticəsiz səfərlər etdilər. Sizcə, niyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər öz mövqeyini ortaya qoymadı?


- Bütün beynəlxalq tədbirlərdə əsas bir məsələ xüsusi vurğulanırdı. Bu gün dünyada sülhün, təhlükəsizliyin, sabitliyin qorunması onlar üçün mühüm vəzifələrdən biridir. 27 il bundan qabaq BMT-nin 4 qətnaməsi qəbul olundu. Ancaq nəticəsiz qaldı. Azərbaycanın ərazi bütövblüyünü dəstəkləyən dövlətlərə gəlincə, belə dövlətlər olub. Hətta bütün münasibətlərdə qeyd olunurdu ki, bu münaqişələrdə Azərbaycan haqlı tərəfdir. Azərbaycan əraziləri işğal olunub və bu müddət ərzində də işğal altında qalır. Beynəlxalq qərar və mövqelər bundan ibarət idi ki, münaqişə danışıqlar yolu ilə həll olunsun. 17 il ərzində Ali Baş Komandan İlham Əliyev əlindən gələni etdi ki, münaqişə sülh yolu ilə həll olunsun. İtki olmasın. Lakin bütün bu proseslərdə Ermənistan tərəfi öz mövqeyindən dönmədi və danışıqlara getmədi. İşğal etdiyi ərziləri özününkü sayaraq, vermək istəmədi. Həmsədr dövlətlər Ermənistan qarşısında konkret mövqe ortaya qoymalı idilər. Təəssüf ki, onlar nə beynəlxalq hüquqa, nə də BMT TŞ-nın qərarlarına diqqət etdilər. Regiona gəlib-getməkdən başqa bir işləri olmadı.


- Bu gün cəbhədə döyüşləri Azərbaycan əsgəri aparır. Sizcə, ötən illər ərzində niyə imkan verilmirdi ki, münaqişə iki dövlət arasında meydanda həll edilsin? Buna səbəb nə idi?


- Əksinə, ATƏT-in Minsk qrupu olan ölkələrin konkret yanaşması vardı. “Siz özünüz danışın, razılığa gəlin. Biz də sizi dəstəkləyərik”. Ali Baş Komandan İlham Əliyev isə bu müddət ərzində hər nə lazımdırsa etdi. Lakin gördü ki, beynəlxalq hüquqa diqqət edən yoxdur. Münaqişəni həll etməli olan dövlətlər heç bir şey edə bilmirlər. Qarşılarında duran vəzifəni həll etmək istəmirlər. Düşünürəm ki, cənab Prezidentin atdığı addım və qəbul etdiyi qərar beynəlxalq münasibətlər tarixinə böyük hərflərlə daxil oldu. Prezident bir daha nümayiş etdirdi ki, bu xalq mübariz xalqdır. Bu xalq qəhrəman xalqdır. Xalq bu torpaqları özü də azad edə bilər. Digər tərəfdən, belə bir hadisə Azərbaycan xalqının özünəinamını, özünəarxayınlığını artırdı.


- Novruz müəllim, siz də razılaşarsınız ki, bir dövlətin digər dövlətə münasibətinin xoşməramlı ya da əksinə olmasında dövlət başçısının rolu böyükdür. Bu mənada bu gün Fransa prezidenti Makronun həmsədr ölkə olaraq Azərbaycanın haqq işi ilə bağlı sərgilədiyi münasibət nifrətlə qarşılanır. Maraqlıdır ki, Makrondan öncə Fransanın dövlət başçıları olub. Onlar Qarabağ məsələsində hansı mövqeyi sərgiləyiblər?


- Dövlət başçıları da insandır. Onların da yanaşmaları olur. Sizinlə razıyam ki, dövlət başçıları bir ölkənin rəhbəri kimi atdığı addımlarda o dərəcədə müdrik olmalıdır ki, bütün suallara cavab verə bilsin və bu cavablar da faydalı olsun. Həmsədr dövlətlərin isə qarşılarında xüsusi vəzifə vardı ki, bu məsələdə ədalətli olsunlar. Təəssüf ki çox zaman dövlət başçıları beynəlxalq qaydalara riayət etmirlər. Öz maraqları çərivəsində istədikləri mövqeyi ortaya qoyurlar. Konkret olaraq Fransadan söhbət gedirsə, heç olmasa Makron özündən neçə il əvvəl prezident olmuş Jak Şirakın mövqeyinə, onun bu məsələ ilə bağlı atdığı addımlara diqqət yetirəydi, öyrənəydi. Eləcə də Sarkazinin mövqeyinə fikir verəydi. Fransua Ollandın mövqeyi ilə tanış olaydı. Makron özündən əvvəlki prezidentlərin mövqeyinə zidd olan münasibət nümayiş etdirdi. Həmsədr ölkə kimi onun funksiyası bu məsələni yaxşı öyrənmək idi.


- Ermənistan hakimiyyəti beynəlxalq aləmdə özünə güc toplamağa çalışdığı kimi, ölkə daxilində də “ənənəyə” sadiq qalır. Bu dəfə cəbhəyə qadınları və uşaqları cəlb edir. Baş nazir Paşinyanın arvadı Anna Akopyan Azərbaycana qarşı vuruşmaq üçün qadınlardan ibarət dəstə toplayır. Burada məqsəd nədən ibarətdir?


- Ermənistanın nə dövləti, nə də ordusu olub. Onlar hər zaman yalan tarix yaratmaqla məşğul olublar. Müxtəlif mənbələrdə erməni qadınları haqqında belə fikirlər yer alır. Qədim peşəni də bunlar yaradıblar. İndi də qadınları döyüş bölgəsinə gətirməyə hazırlaşırlar. Ümumiyyətlə, ermənilər harda yaşamalarından asılı olmayaraq həmin dövlətə ya satqınlıq ediblər, ya da agent olublar. Özlərini isə yazıq və məzlum kimi təqdim ediblər. İndi erməni qadınların Qarabağda döyüşmək arzusu onların növbəti hiylələrindən xəbər verir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !