Gülağa Tənha - "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Əməkdar artist Könül Kərimova

Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitab təqdimatı. Çıxışçı: Əməkdar artist Könül Kərimova

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitabın təqdimat mərasiminin video görüntülərini və kitabda yer alan şeirləri silsilə olaraq təqdim etməyə davam edirik. Kitab təqdimatında səslənən vətənpərvərlikdən sevgiyə qədər yol alan şeir və şairin sözlərinə yazılmış mahnıları məhz bu günlərdə Azərbaycan xalqına ərməğan edirik!

 

 

söz: Gülağa Tənha (Qənbərov)
musiqi və ifa: Əməkdar artist Könül Kərimova

 

 


DEYİLƏM


İlk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldı.
Ümidim yarpaqtək soldu, saraldı,
Daha əvvəlkitək gülən deyiləm.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
Tənhanın sözünü yadında saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyin nə qədər istəyir ağla,
Axan göz yaşını silən deyiləm.


Gülağa Tənha

 

 


Video link: https://www.youtube.com/watch?v=Z4JlDnhjO-w&t=94s

 

 

Digər tədbirlərdə səslənməsi və klip versiya: http://azpress.az/index.php?lang=az&sectionid=news&id=97478

 

 

 

 

 

27.10.2020

Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !