Sumqayıt Dövlət Dram Teatrı kollektivindən - Qəhrəman Əsgərlərimizə mənəvi dəstək

Sumqayıt Dövlət Dram Teatrı kollektivindən Qəhrəman Əsgərlərimizə mənəvi dəstək

Sentyabrın 27-dən bu günə həyacan, sevinc və qürur dolu anlar
yaşayırıq. Ermənilərin təxribatına cavab olaraq Sizin- Azərbaycan
Ordusunun keçirdiyi əks-hücum əməliyyatı özünün uğurları, sarsılmaz
qələbələri ilə könlümüzü oxşayır, müstəqillik uğrunda canını fəda etmiş
Şəhidlərimizin ruhu təsginlik tapır.
Azərbaycan Prezidenti Ali Baş Komandanın hər dəfə xalqa müraciəti
birinci növbədə yeni bir məkanın, əzəli torpağımızın əsarətdən
qurtarmasına müjdədir. İkincisi, əziz qəhrəmanlarımız, sizin əks-hücum
əməliyyatınızın beynəlxalq hüquq müstəvisində və humanizm qanunları
çərçivəsində gerçəkləşməsi, haqq işinin olması barədə dünyaya mesajdır.
Üçüncüsü, dövlət başçısı ilə xalqın sarsılmaz birliyinin, heç bir siyasi
qasırğanın, tufanın təsir edə bilmədiyi uca və ulu bir səsin rəmzidir.
Və Ali Baş Komandanın  bütün çıxışları, ingiliscə, rusca, türk dilində
televiziyalara verdiyi müsahibələr, dəmir məntiqi, rəvan nitqi, mükəmməl
analitikası, bəzən qəzəbli suallara yüngül sarkazmla çevik reaksiyası
qəlbimizi fərəh hissi ilə doldurur. Bəli, Ali Baş Komandan öz qətiyyətini,
taktiki-manevr qabiliyyətini və Azərbaycan Ordusunun gücünü bütün
dünyaya bəyan etdi.
Tarixi abidələr və təbii sərvətlərlə zəngin, babalarımızın ruhunu yaşadan
torpaqlarımız bir-bir düşməndən təmizlənir.
Az qalıb, lap az. Beynəlxalq Musiqi Festivallarınını, Beynəlxalq
Muğam müsabiqəsinin Şuşada, turizm seminarlarının Kəlbəcərdə,
Zəngilanda, film çəkilişlərinin Laçında, Qubadlıda  gerçəkləşəcəyi günə az
qalıb.
Burda bir nüansı da xatırlatmaq istərdik. Bu müharibə həm də döyüşkən
ruhumuzu oyatdı. Vətən ucalığının fəlsəfi mahiyyətini anlatdı.
Ali Baş Komandan xalq monolitini isbatladı.
Bütün evlərdə, müəssisələrdə, küçələrdə azərbaycan Bayrağı əzəmətlə
dalğalanır. Kiçikdən-böyüyə hər kəs “Can Azərbaycan – canım sənə fəda”
deyə hayqırır, “Yaşa, Ali Baş Komandan, xalq Sizinlədir”, deyir.
Bu tarixi məqamı bizə bəxş etdiyiniz üçün teatr işçiləri adından Möhtərəm
Prezident, Sizə və Şanlı Ordumuza minnətdarlığımızı bildirirık.
Biz də Sumqayıt Dövlət Dram Teatrının rəhbər və işçi heyəti olaraq
qələbəyə doğru aparan yolda hər zaman yanınızdayıq. Ön cəbhədəki
ərənlərimiz, cəsurluğunuzla  düşmənə ağır zərbələr endirsiniz, biz də
Sumqayıt Dövlət Dram Teatrı olaraq öz növbəmizdə Siz,qəhrəman
əsgərlərimizi  ruhlandıran videoçarx təqdim etməklə böyük qayıdışa
töhfəmizi vermək istəyirik.

 

 

 

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !