Gülağa Tənha - "Gəlmişəm" subay əsgərlərimizə həsr olunan şeir

Gülağa Tənha "Gəlmişəm" subay əsgərlərimizə həsr olunan şeir

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Gəlmişəm” şeirini Vətən müharibəsində döyüşən subay əsgərlərimizə həsr edirik! Gün o gün olsun əsgərlərimiz salamat evlərinə dönərək bəyan etsinlər ki, gəliblər və qapılarından “Vağzalı” sədaları gəlsin...

 

 

GƏLMİŞƏM

 

Alqışımı şeh əvəzi bu səhər,
Tellərinə çiləməyə gəlmişəm.
Gözlərində donub qalan möhnəti,
Ürəyimlə ələməyə gəlmişəm.
Külək əsir,
üşüyürsən deyəsən,
Niyə məni səsləmirsən,
niyə sən?!
Qoymaram ki, bu həsrəti öyəsən,
Möhnət, aman diləməyə gəlmişəm.
Yağışa dön,
başım üstə yağ, görüm,
Gözlərini yoldan-izdən yığ, görüm,
Gəlmişəm ki,
ağ bəxtini ağ görüm,
Səni xoşbəxt eləməyə gəlmişəm!..

 

Gülağa Tənha 


 

 

 

30 - cı gün

Sosial şəbəkə zarafatından havadarlara verilən mesaja qədər...


           “Qarabağı da aldılar bu 30 ildə məni hələ də alan yoxdur” deyən qıza Azərbaycan əsgəri döyüş meydanından video vasitəsilə həmin qıza deyir: “Sən dua elə əsgərlərimiz sağ salamat olsunlar. Torpaqları azad edəndən sonra hardan olur olsun gəlib səni tapıb, alacam. Bu kəlmələr əsgərlərimizin ruh yüksəkliyindən, inamından xəbər verir. Bəli, ərazilərimiz genişləndikcə, yaşayışımız yaxşılaşandan sonra subaylarımız niyə subay qalsın ki? Eldə - obada toy olsun, şənlik olsun. Sağlam, xoşbəxt övladlar dünyaya gəlsin. O övladlar da, savadlı, dünya görüşlü olmaları üçün güclü təsil alsınlar. Digər dövlətlərdən beş dəfə qabaqda olsunlar... Bizim kölnümüz onsuz da böyükdür. Bir qədər əvvəl Cənab Prezident İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edərək dünən işğaldan azad edilmiş məkanların adlarını açıqladı:

 

 

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

 

 

Prezident dünən “Tivitter” hesabında bu şad xəbəri anında xəbər etsə də bu gün canlı yayımda müxtəlif məsələləri müzakirə edərək, canlı şəkildə də bu gözəl xəbəri xalqla bölüşdü və ermənilərin havadarlarına mesajlar verdi. “Əgər müharibənin olmasını istəmirsinizsə onlara silah verməyin! Sonra Azərbaycan ordusu tərəfindən məhv edilmiş silah və döyüş texnikalarının siyahısını oxuyaraq sual ünvanladı: “Ermənistan kimi kasıb ölkədə, hardandı bu qədər pul?”

 

          Bütün mübahisələrin sonu əvvəl-axır masa arxasında tamamlanır. Biz sülhün tərəfdarıyıq və bütün qüvvələri sülhə cağırırıq. Qoy Şahinlər göy üzündə yalnız gözəllik üçün uçsunlar... Yeri gəlmişkən deyim növbəti müvəqqəti atəşkəs elan olundu, buna baxmayaraq ermənilər yenə atəş açırlar. Prezident bildirir ki, orduya təmkinli olmalarını əmri verib və xüsusi qeyd edir ki, biz Ermənistana haradan, nə vaxt, hansı hərbi texnikaların gəldiyini görürük, bilirik. Cənab İlham Əliyevin çıxışındakı emosiya və cizgiləri onu deyirdi ki “eybi yox, gəlsinlər, gəldikcə də biz hamısını bir bir məhv edəcəyik” havadarlar daha da ziyana uğrayacaqdır!

 

         Bu gün biz sağlam dövlətik, iqtisadiyyatımız, ordumuz yetərincə güclüdür! Könlümüz də böyükdür məsələsinə gəldikdə bunu düşmənlərimiz də bilir. Ermənistanın Müdafiə Naziri Xankəndində güya ki, əsgərləri ilə birlikdə gizli müşavirə keçirdib. Keçirdikləri məkan isə 3 – saylı baxçada. Xislətləri o qədər irgəncdir ki, vursaq dünyaya göstərsinlər ki, baxçanı da vurmuşuq amma bunu öz düşüncələri ilə ölçürlər, digər tərəfdən bilirlər ki biz baxçanı vurmarıq deyə təhlükəsizlik üçün oraya sığınıblar. Bu azmış kimi bunu da gələcək nəsillərimiz üçün qeyd edim ki, yaxın günlərdə Ermənistan tərəfdən 10-11 yaşlı qız uşaqlarının da əllərinə sılahlar verilib. Bu Ermənistanın tükənməsilə bərabər, yalnız biri belə sağ qalsa ölülərinin cəsədlərini çəkib gələcəkdə sübutlar kimi onları göstərməkçündür. Yer üzündə varmıdır belə bir düşüncəyə sahib ölkə? Əmir Teymur (Topal Teymur) deyirdi ki: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə məni lənətləyəcəklər” Kişi bilirmiş nə deyirmiş... Müharibənin 30 – cı günündəyik, görək sonra nə olur! Allah ölkəmizə salamatlıq və qalibiyyət bəxş etsin! Amin!

 

 


Hazırladı: Ağa M.A

 

 

 

#İlham #Əliyev #Gülağa #Tənha #Gulaga #Karabax #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !