BDU-nun 7 məzunu ikili diplom üzrə magistr adını qazanıb -

BDU-nun 7 məzunu ikili diplom üzrə magistr adını qazanıb

Bakı Dövlət Universitetinin (BDU) əsas prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə Hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin “Dəniz və enerji hüququ” ixtisasına qəbul olaraq magistrantı adını qazanıb. Əl-Farabi adına Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun Hüquq fakültəsində təhsil almaq şansı əldə edib.
 


21 sentyabr 2020-ci ildə Bakı Dövlət Universiteti və Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji” hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində “Dəniz və enerji hüququ” ixtisaslaşmasının tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.
 


Xatırladaq  ki, 2013-cü ildə təsis olunan “Dəniz və enerji hüququ” ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !