Gülağa Tənha - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ehtiramla

Gülağa Tənha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ehtiramla

Müharibənin 27 – ci günü! Xeyriyyəçi – şair Gülağa Tənhanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr etdiyi şeiri təqdim edirik!

 

 

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə ehtiramla

 


– 1 –

 

Hər yolun öz yolçusu,
Hər yolçunun öz yolu.
Əqidəsi düzlərin
düz olubdur düz yolu.



Xalqın yolu bilmişik
Heydər açan yolu biz.
Bu yol işıq yoludu,
Bəlkə buna görə də
İşıq ilə doludu
Bizim də ürəyimiz.



Bu yol sənin yolundu,
Duyğusuz yaşayanlar
Bilməz ki, nədir bu yol.
Bu yol uzaqdan gəlir,
Sabaha gedir bu yol!

 

– 2 –

 

Xalqın məhəbbəti səadətindi,
Tanrı vergisidi səndə bu ürək.
Tarix yaradırsan illərdən bəri
Ata arzusunun davamçısıtək.
Sən gəldin, duruldu dünyanın üzü,
Hər yan başdan-başa laləzar oldu.
Yolun ağ günlərə aparır bizi,
Sevincdən göylərin gözləri doldu.


İndi qürurumuz bir uca dağdır,
Uca kürsülərdə sən varsan deyə.
Millət İlhamını yaşadacaqdır,
İlham millətini ucaldır deyə!



Xalqa sevgin ilə, məhəbbətinlə,
Təkcə yaranıbsan, təkcəsən, təksən.
Vətənə tükənməz sədaqətinlə
Bizi ağ günlərə yetirəcəksən!..

 

– 3 –


Məmləkətə ad elədin
qarşı gələn illəri sən,
Sevindirdin qönçəsində
boyun bükən gülləri sən,
Sevindirdin bayraq öpən dodaqları,
bayraq tutan əlləri sən,
Sevindirdin obaları, elləri sən!..
Dağıdarsan üstümüzə ətək sərən
boz-bulanıq dumanları,



Çilik-çilik eləyərsən şübhələri, gümanları.
Haqq yoluna çağırarsan
Paxıllıqdan için-için yananları,
Allahından üz döndərib
göydə Günü dananları,
Odumuza-közümüzə tamahlanıb
Gözümüzün işığını umanları…
Sənin yolun – haqqın yolu;
Cıdır düzü
Fərəhindən
dirsəklənib yola baxır,
Ləçəyinin jaləsini
Silkələyən Xarı bülbül
düzə baxır, kola baxır…
Yeri, göyü sevindirər
qalibiyyət təntənəsi!
Könül açar bayrağımın
qurur ilə titrəməsi!
Özü boyda sevinc olar
Qarabağın şikəstəsi!

 

– 4 –

 

Ömrü borc almışıq…
Ömür də, gün də
Bizə ömür verən xalqa, millətə
sonu görünməyən borc ödəməkdir.
Bu borc Vətən borcu, millət borcudur;
Sıxıla-sıxıla ötüşən illər
özünü bilənə ömür deməkdir…



…Bu Vətən oğlunun ödədiyi borc
Sönməyən bir oddur, yanar ocaqdır.
Dünya yaxşı bilir, yaxşı bilir ki,
Belə borc ödəmək vaxtı çatanda
tarix kitabına yazılacaqdır!



Bu, İlham yoludu! İlhamlı yolu
Vətəni, milləti sevdiyimiz tək
sevə bilməsək,
Daş-qalaq eləyər günahlar bizi.
Bu gündən sabaha gedirik…
Onda
Yaxına alarmı sabahlar bizi?..

Odur ilhamçısı qələbəmizin,
Bu, İlham yoludu!
İlhamlı yola
Məhəbbət, sədaqət, inam, etibar –
Bax, budur borcumuz bizim!..


– 5 –


Azərbaycan olub sənin
Canına ruh, ruhuna can;
Harda olsan,
Adın ilə qoşalaşır Azərbaycan!
Qönçəsindən boy göstərir
Hər arzumuz, diləyimiz,
Dağa dönür, dağa dönür ürəyimiz.
Elə öpdün Azərbaycan bayrağını,
Bax, eləcə öpəsiyik
Sənin Vətən sevgini biz!


Gülağa Tənha

 

 

 

 

 

#İlham #Əliyev #Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !