AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib -

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib. İclasda Şura üzvüləri il ərzində görülən işlər, gənc mütəxəssislərin yerli və beynəlxalq konfranslarda iştirakları ilə bağlı məqalələrin və tezislərin hazırlanmasına dair müzakirələr aparıblar.
 

Həmçinin müzakirələr zamanı COVİD -19 virusu ilə mübarizə sahəsində gənc əməkdaşların məlumatlandırılması işinə dəstək verilməsi, eləcə də sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi nəticəsində başlayan Vətən müharibəsi ilə bağlı gənclərin düşmən ölkə ilə aparılan informasiya müharibəsində yaxından iştirakı ilə bağlı məsələlərə də toxunulmuşdur.
 

Bildirilib ki, bu gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan onlarla kəndlərimizi, yüksəkliklərimizi azad edib və torpaqlarımızın azadlığı uğurunda rəşadətlə vuruşurlar.

Azərbaycan xalqının öz Ali Baş Komandanının və Azərbaycan ordusunun arxasında olduğunu bildirən şura üzvüləri gənc seysmoloqların da bir əsgər kimi öz dövlətinin və Ali Baş Komandanının əmrində olduqlarını qeyd ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !