AzTU ilə SKAZ AUTOHOUSE şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb -

AzTU ilə “SKAZ AUTOHOUSE” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) və “SKAZ AUTOHOUSE” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Toğrul Paşayev imzalayıb.

Müqaviləyə əsasən tərəflər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat sektorunda elmi-texniki, innovativ, texnoloji yeniliklərin tətbiqi, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən kadrların hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU-nun Maşınqayırma və robototetxnika fakültəsinin bakalvr və magistr tələbələrinin şirkətdə təcrübə keçmələri və işlə təmin olunmaları da həyata keçiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !