1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 21 Oktyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Naftalan, Kürdəmir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 31  (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 (bir) müraciət daxil olmuşdur.
 

Daxil olmuş 32 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Aran, Arazbar, Hacılar, Kəbirli, Qaradolaq, Şərəfxanlı, Yeni Qaradolaq kəndləri, Ağdam rayonunun Qaradağlı, Ayaq Qərvənd kəndləri, Bərdə rayonunun Lənbəran kəndi, Beyləqan rayonunun 2-ci Aşıqlı, Cəbrayıl rayonunun Daşkəsən kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri, 1-ci və 5-ci Zobcuq qəsəbələri, Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Dəliməmmədli qəsəbəsi, Naftalan rayonunun Qaşaltı kəndi, Kürdəmir rayonunun Şilyan kəndi, Tərtər rayonunun Yuxarı Sarıcalı, Cəmilli, Buruc kəndləri, Cavanşir, Babək, Tağıyev küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 300 mm-lik 9M528 raketi, 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı,   1 ədəd 240 mm-lik M24F raketi,  3 ədəd hava-yer tipli raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 

Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd hava-yer tipli raket zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 3 688 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !