SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir - - FOTO

SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO

Oktyabrın 21-də Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksinin təməli qoyulmuşdur. Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoyev və Marneuli şəhərinin meri Zaur Darğallı iştirak etmişlər. İdman kompleksi SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyəçilik layihələri çərçivəsində inşa olunacaq.
 

Qeyd edək ki, SOCAR, Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaratmışdır. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. 2008-2019-cu tədris illəri ərzində ümumilikdə 4159 nəfər azərbaycanlı tələbənin təhsil haqqı SOCAR tərəfindən qarşılanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !