Gülağa Tənha - Birinci Qarabağ müharibəsində yazılan şeir və bu gün!

Gülağa Tənha Birinci Qarabağ müharibəsində yazılan şeir və bu gün!

 Müharibənin 25 – ci günüdür. Xeyriyyəçi – şair Gülağa Tənhanın “ Neynəyək, görünür beləymiş qismət” və “Elimizdi” şeirlərini oxucuların ixtiyarına veririk.

 


NEYLƏYƏK, GÖRÜNÜR
BELƏYMİŞ QİSMƏT

 

Bilmirəm nə deyim, qaş da qaralır,
Aranı-bərəni kəsən dağlara?
Daha dözə bilmir, səbri daralır,
Yollardan-izlərdən küsən dağlara…
Aralı düşmüşük…
Bir vaxt, bir zaman
Dərdimin adını bilənimiydin.
Bunca dil açmazdı, gülməzdi güman,
Dərdimi-qəmimi bölənimiydin.
Belə qurulubdu dünyanın işi,
Biri ağlayarmış biri güləndə.
Kərəmin ömrünə daş ələnərmiş,
Keşişin ovsunu, sehri güləndə…

 



ELİMİZDİ




İkimizin uğuruna can atan
Gülümüzdü, gülümüzdü, gülümüz.
Hər söhbətə, hər kəlməyə bal qatan
Dilimizdi, dilimizdi, dilimiz.
Həsrətini ilim-ilim itirən,
Aralıqda nərgiz, reyhan bitirən,
Dərdi dərin dəryalara yetirən
Selimizdi, selimizdi, selimiz.
Yollarına uzanıbdı qoşa əl,
Ömür ötür, insaf elə, ay gözəl.
Xeyir-dua verənimiz ən əzəl
elimizdi, elimizdi, elimiz.

Gülağa Tənha 

 

 

 


Azan səsi

 

         Birinci şeirdə deyildiyi kimi bir vaxt keşişlər sevinirdisə bu gün torpaqlarımızı azad edərək hər bir zirvəsindən azan səsi gəlir və bu təmizlənmədir, bərəktdir. Əgər gün ərzində ağlından Qarabağda gedən döyüşlər çıxmırsa demək sən də döyüşürsən, demək, sən də əsgərlərimizlə çiyin – çiyinəsən. Bu müharibənin digər müharibələrdən fərqləndirən cəhətlərindən biri də prosesi hamı, sanki canlı şəkildə televiziyadan görməsidir. Bunu həm də bütün dünya görür. Bu gün şəhərimizdə möhkəm tıxac var, hamı karantınlə əlaqədər evə tələsir. Elə bir gün əvvəl Bakıda yerləşən bir vaxt evindən, yurdundan köçkün düşən qonaqlarımız haqqında düşündüm. Onlar öz el-obalarına qayıdandan sonra şəhərimiz əməlli başlı tıxacdan qurtulmasına təsir edəcəkdir. Qarabağın azad olması həm də mərkəzi şəhərlərimizin qurtuluşudur. Yaxşı mənada. Elə digər Qarabağ aşiqləri də o torpaqda yaşamaq üçün ora üz tutacaqlar. Əlbəttə, çox güman ki, bu məsələlər dövlətimiz tərəfindən ölçülüb, biçilib nizama salınacaqdır. Ən maraqlılardan ikincisi bilirsiniz nədir? Bütün azad olunmuş torpaqlarımızda gənc nəsil, savadlı geoluqlarımızın, bioloqların oraya səfər edib, elmi iş və tapıntılar aparmasıdır. Torpağın şumlanan vaxtına doğru gedirik. Yazda güllər çiçəklər açacaq. Təsəvvür edirsiniz bunu? Yazda Azərbaycan xalqı yığışıb Qarabağa gedirik! Görəsən Novruz bayramını harada keçirdəcəyik? Çox güman ki, Şuşada. Təmir, bərpa işlərinə bir qədər vaxt lazım olacaq, odur ki, yaylaqlarımızda çadırlar qurular, pəhləvanlarımız güləşər, at yarışları keçirdərik, inşallah. Təsəvvür etmək belə gözəldir. Kim bilir bəlkə elə əsgərimizlə, Gültəkinin qızının toyunu elə orada elədik?! Açıqlamaq üçün qeyd edim, yaxın günlərdə döyüşən əsgərin biri anasına zəng edəndə halallıq istəyərkən, ana övladına təxminən belə deməsi, sosial şəbəkədə yayılıb və böyük marağa səbəb olub: “ Ə, ölüb zad eləmə. Gültəkinin qızını alacam sənə.” Qızın üzünü heç vaxt görməyən əsgər növbəti hücum əməliyyatının adını “Gültəkin əməliyyatı” qoyub. Allah hər bir Azərbaycan əsgərini, zabitini qorusun! Hamısı sağ salamaq ailələrinə qovuşsun. Ürəklərində olan xoş arzularını gerçəkləşdirsinlər. Paşinyanın bugünkü açıqlamasından məlum olur ki, hələ də öz millətini qırğına verməkdə davam edəcək. O səbəbdəndir ki, biz də öz yolumuzdan dönmədən Vətənə doğru addımlayırıq. Ermənistan bu günləri və Paşinyanın düşünmədən etdiyi iddiasını daşlara, divarlara yazmalıdır. Yazıb xatırlamalıdılar ki, bu qədər itkilərin səbəbkarı Ermənistanın hakimiyyətidir. Gərək atalar məsəlini onların yadına salaq: “Zərərin yarısından qayıtmaq da xeyirdir!”

 

 

İndi isə Azərbaycan Prezidenti İlham Əliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşımı təqdim edirik.

 

Prezident bildirib:

“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.

Bundan əlavə, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edilmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,

— İlham Əliyev (@azpresident) October 21, 2020
Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

— İlham Əliyev (@azpresident) October 21, 2020

 

 

 

hazırladı: Ağa M. A

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !