Rusiya Türkiyə PUA-larına qarşı hərəkətə keçdi: YENİ SİSTEM HAZIRLANIR - +FOTO=5 +ViDEO

Rusiya Türkiyə PUA-larına qarşı hərəkətə keçdi: YENİ SİSTEM HAZIRLANIR +FOTO=5 +ViDEO

 Müdafiə sənayesinin etibarını Liviya, Suriya və Ermənistanda itirən Rusiya yeni silah hazırlığına başlayıb.

“Gibka-S” adı verilən silahın yeganə hədəfi Silahlı Pilotsuz Uçuş Aparatları olacaq.

“Gibka-S” Rusiya dövlətinə aid KBM müdafiə qurumu tərəfindən hazırlanan yeni öz-özünə atəş edən mobil hava hücumundan müdafiə sistemidir. Sistemin sınaqları 2019-cu ilin dekabr ayında tamamlanıb. Rusiya ordusunun arsenalına 2021-ci ildə daxil edilməsi planlaşdırılır.

Sistemin prioriteti alçaq hündürlükdən uçan Silahlı PUA-lardır.

“Tigr” taktiki döyüş avtomobilinin bir növü olan 9А332 döyüş maşının üzərinə təchiz edilən “Gibka-S” MANPADS operatorlarını daşıyacaq potensiala malikdir. Bundan başqa, raket yükü və onunla bağlı sursatı daşımaq sistemi də mövcuddur. Sistemin dizaynında eyni anda 4 ədəd raket zərbəsi endirə biləcək qurğu da var. Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !