Gülağa Tənha - Qayıdıb gəldim, Vətən!

Gülağa Tənha Qayıdıb gəldim, Vətən!

Zəngilanımızın alınması şərəfinə tanınmış, xeyriyyəçi – şair Gülağa Tənhanın “Qayıdıb gəldim, VƏTƏN!” şeirini təqdim edirik!

 


Gülağa Tənha "QAYIDIB GƏLDİM, VƏTƏN!.."

 

Tənhanın kimliyini
pir doğulanlar bilər,
Əməli, əqidəsi
nur doğulanlar bilər...
Yağı bağrını yaran –
şir doğulanlar bilər,
Sənsiz elə darıxdım,
Qayıdıb gəldim, Vətən!
Darıxıbmı, görəsən,
gur-gur axan bulaqlar?
Uçunurmu ürəklər,
Titrəyirmi dodaqlar?
Eh, həsrətə nə deyim…
Allanıbmı yanaqlar? –
Sənsiz elə darıxdım,
Qayıdıb gəldim, Vətən!
Ayrılığı dağladım
dağ əridən dözümlə,
Üşüyəni isitdim
ocağımla, közümlə,
Könül açdım həmişə
söhbətimlə, sözümlə,
Sənsiz elə darıxdım,
Qayıdıb gəldim, Vətən!
Könül açdım həmişə
qayaya da, daşa da,
Dedim sevgim biryolluq
kükrəyə də, daşa da…
Sən ki, beşik olubsan
Ömürə də, yaşa da –
Sənsiz elə darıxdım,
Qayıdıb gəldim, Vətən!
Hara getsə Tənhanı
Bir yol, bir iz çağırır,
Göy çəmənlər çağırır,
Mavi dəniz çağırır.
Rəngi saralıb-solan
Bir ağbəniz çağırır;
Sənsiz elə darıxdım,
Qayıdıb gəldim, Vətən!

 

 

 

 

Tarixin yaddaşı üçün şərh: müharibənin 24 – cı günü! Gözün aydın Azərbaycan!

 

Bu gün vətənizimin şad günüdür. Növbəti zəfərmizin yazıldığı tarixdir. Xatırlayıram, biz onda məktəbli idik, sinifimizə çoxlu uşaqlar gəldi. 1993 - ci ildən danışıram, söz vaxtını çəkər elə bu aylar idi. 25 nəfərdən ibarət olan sinifimiz 44 nəfər oldu. Bir partada dörd nəfər oturan da vardı. Şəhərimiz günü gündən rəngini dəyişirdi. Sanki əhali Qarabağdan özü ilə birgə qara rəngi də gətirmişdi. Bakı küləyinin də gücü çatmırdı ki, “qara” - nı sovurub aparısın uzaqlara. Əksinə şəhər sakinləri qonaqları ağuşuna aldı. Özündən ayrı saymadı, dəstəy oldu. Əlbəttə bəzən mədəniyyətlərin çarpazlaşan vaxtı oldu, çünki ayrı məkan və yurddan didərgin düşmüş şəxslərin şəhər mədəniyyətinə uyğunlaşması üçün vaxt lazım idi. “Su qaba girdi oldu içməli” məsəli ilə zamanın axarında duruldular, öyrəşdilər, formalaşdılar. Nəticədə hamımız Qarabağlı, Azərbaycanlı olduq. Çünki biz də onların dərd-sərini eşidib, dinləyərək, görmədiyimiz məkanları, yurdları sevdik. Həsrətlə o torpaqların yağı düşməndan azad edəcəyimiz günü gözlədik. Qarabağlı dostumun nənəsini yaxşı xatırlayıram: qapılarının kəndarına söykənib gözləri yol çəkirdi. Mənə həmişə elə gəlib ki, o qadın Qarabağ azad olunana qədər oradaca dayanıb, gözləyir. Şad xəbər gələn kimi yola düşüb qayıdacaq yurduna... Sizə bir sirr deyim? Adamlarımız vardı ki, artıq Qarabağın nə vaxtsa qayıtmağına inanmırdı. Çox keçmişdi üstündən, çox. Onlara nə deyəcəyimizi bilmirdik, sadəcə deyə bilirdik ki, Azərbaycan güclənir və bir vaxt bizim olan gec tez yenə bizim olacaq. Bu illər ərzində nə qədər siyasi proseslərin gedişatı öz həllini, təsdiqini tapdı. Nə qədər insanların içində sual vardısa məlum oldu ki, hər şey Vətən üçün, Qarabağ üçün imiş... Ərazimiz bütövləşəndən sonra iradəsi və inamı özünə artan bir xalq dünyaya Günəş kimi şəfəq saçacaq inşallah! Yetər ki, keçmişi unutmayaq, yetər ki, çəkdiyimiz zəhməti, özümüzü dəyərləndirək. İllərin sınağı göstərdi ki, kiminsə gəlib kömək etməsini gözləmək lazım deyil, hər şeyi biz özümüz özümüz üçün etməliyik. Azərbaycan xalqı yaxşı yaşamağa layiq xalqdır! Bu gün hamı sevinir, hamı bir birini təbrik edir. Zəngilan azad olundu! Zəngilan... Təşəkkür edirik!

 

 

 

Hazırladı: Ağa Mühəmməd Aman

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !