Ermənistanda - - Hər kəsdən 2 dollar...

Ermənistanda - Hər kəsdən 2 dollar...

 Ermənistan Dövlət Gəlir Komitəsi xalqa müraciət ünvanlayıb.

Komitə hərbçilərin həyat və sağlamlıq sığortası fonduna ödənişlər etmək tələbini irəli sürüb.

Bildirilib ki, ödənişlər ölkədəki hərbi vəziyyət nəzərə alınmaqla dəqiq və təxirə salınmadan edilməlidir.

Qeyd edək ki, Fondun vəsaiti hərbi qulluqçuların həyat və sağlamlığına dəyən zərərlərin kompensasiyasına sərf olunur. İşləyən hər bir nəfərdən fonda ayda min dram (iki dollardan biraz çox) ödəniş verilir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında ciddi itkilər verən və məğlubiyyətə uğrayan Ermənistan ağır iqtisadi durumdadır. Sosial-məişət şəraiti standratların altında olan ölkədə işsizlik və yoxsulluq pandemiya və müharibə dövründə pik həddə çatıb.Publika.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !