Rauf Məmmədov onlayn-turnirdə ikinci olub - (İntiqam Məmmədov AZpressAZ)

Rauf Məmmədov onlayn-turnirdə ikinci olub (İntiqam Məmmədov AZpressAZ)

Azərbaycan şahmatçısı Rauf Məmmədovun da qatıldığı və «Champions Chess Tour»a seçmə xarakteri daşıyan onlayn-turnir başa çatıb. Dairəvi sistem üzrə keçirilən və 6 turdan ibarət olan yarışda həmyerlimiz 4,5 xalla ikinci yeri tutub. O, yarışın qalibi və bəlli turnirin final mərhələsində iştirak etmək hüququ qazanan rusiyalı Petr Svidlerdən cəmi 0,5 xal geri qalıb. Xatırladaq ki, yarışın start günü Qeveyn Cons (ABŞ), Qriqoriy Oparin (Rusiya) və hindistanlı Sunidut Narayanı udan Məmmədov ikinci gündə isə rusiyalı Petr Svidlerlə sülh bağlayandan sonra ABŞ təmsilçisi Samuel Şenklenkuya uduzub və son turda almaniyalı Mattias Blyubaumu məğlub edib. Bu isə ona yarışda yalnız ikinci olmaq imkanı verib. Reqlamentə gğrə isə, yarışın qalibi turnirin finalında oynamaq hüququ qazanıb.
İNTİQAM Məmmədov.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !